Tokio-2020: Nazim Babayev də təsnifatda dayandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında atletika yarışları davam edir. Arena.az xəbər verir ki, Azərbaycan atleti Nazim Babayev də bu gün mübarizə başlayıb.

Üç təkanla tullanma növündə çıxış edən idmançı ilk cəhdində 16.38 metr nəticə göstərib. Nazim ikinci cəhdində 16.30 metr nəticəyə imza atıb. Atletimizin sonuncu cəhdi 16.72 metr olub.

Lakin bu nəticələr Avropa çempionumuzun finala vəsiqə qazanması üçün yetərli olmayıb. O, A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutub.

Qeyd edək ki, iki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finalda iştirak edirdi.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: