Tokio-2020 Yay Olimpiya Oyunlarında güllə atıcılığı yarışlarına start verilib. Arena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın təmsilçisi Ruslan Lunyov da qüvvəsini sınayıb.
Lakin idmançımız finala vəsiqə qazana bilməyib. O, 10 metr məsafəyə atəşaçmada mübarizəni təsnifat mərhələsində dayandırıb. Lunyov 6 atışdan 574 xal toplayıb və yarışı 20-ci pillədə bitirib. Bu nəticə Lunyovun final mərhələsinə vəsiqə qazanması üçün yetərli olmayıb.
Bu gün start götürmüş Tokio-2020 avqustun 8-nə qədər davam edəcək.