Tokio-2020: Ruslan Lunyov yenə finala çıxa bilmədi

Tokio-2020 Yay Olimpiya Oyunlarında güllə atıcılığı yarışları davam edir. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Ruslan Lunyov növbəti dəfə qüvvəsini sınayıb.

O, kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçmada qüvvəsini sınayıb. Ruslan ilk günün yekununda 281 xal toplayıb. Lunyov bu nəticə ilə 27 idmançı arasında 24-cü yeri tutub. Azərbaycan təmsilçisi bu gün baş tutan ikinci təsnifat mərhələsində də 286 xal toplayıb. Yekunda 567 xal toplayan Lunyov finala yüksəlmək şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edib.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında da 20-ci yerlə kifayətlənmişdi.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: