Futbol üzrə İngiltərə milli komandasının və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Tom Kleverli peşəkar karyerasını başa vurub.
Arena.az xəbər verir ki, son olaraq “Uotford”da çıxış edən futbolçu 33 yaşında karyerasını bitirməyə qərar verib.
Mərkəz yarımmüdafiəçisi 2017-ci ildən “Uotford”da forma geyinirdi. Təcrübəli futbolçu bu komandada 181 oyuna çıxıb, 19 qol və 15 assistlə yadda qalıb.
Tom Kleverli daha öncə “Mançester Yunayted” (79 oyun, 5 qol, 8 assist), “Everton” (42 oyun, 2 qol, 7 assist), “Aston Villa” (37 oyun, 3 qol), “Uiqan” (25 oyun, 4 qol, 2 assist) və “Lester Siti”də (15 oyun, 2 qol) də forma geyinib. O, İngiltərə milli komandasında da 13 oyunda meydana çıxıb.


