Premyer Liqanın 17-ci turunda “Bornmut”la oyunda “Luton Taun”un ürək dayanması keçirmiş kapitanı Tom Lokyer səhhətindən danışıb.
Arena.az Lokyerin müvafiq xüsusda söhbətini diqqətinizə çatdırır:
“Sadəcə demək istəyirəm ki, Bornmutda ürək tutmasından sonra hər şey qaydasındadır və özümü əla hiss edirəm. Özümü belə yaxşı hiss etməyimin səbəbi oyunçuların, xidməti heyətin, həkimlərin və tibb işçilərinin qəhrəmancasına fəaliyyətləridir. Şükür edirəm ki, bütün bu qəhrəmanlar çətin anımda yanımda olublar. Onlar mənim həyatımı xilas etdilər. Mənim üçün etdiklərini heç vaxt unutmayacağam.
Oynamadığıma görə kədərlənsəm də, oğlanların mübarizəni mənsiz davam etdirməsinə baxmaqdan qürur duyuram. Onların son oyunlarda gördüyüm mübariz ruhu mənə çox gərək olan ruh yüksəkliyi verdi. Məşqçiyə və kluba kömək etmək üçün əlimdən gələni edəcəyəm. Bunu hansı keyfiyyətdə edəcəyimi görmək qalır, çünki yeni ildə mütəxəssislərlə görüşməli olacağam”, deyə Tom Lokyer bildirib.
Xatırladaq ki, bir müddət əvvəl “Luton Taun”un baş məşqçisi Rob Edvards “Nyukasl”la son oyundan (1:0) əvvəl, Lokyerin ona ismarış göndərdiyini və orada meydana çıxmaq üçün intizarda olması haqda yazdığını bildirmişdi.


