Futbol üzrə Çexiya yığmasının və Praqa “Sparta”sının hücumçusu Tomaş Çvançara Mönhenqladbah “Borussiya”sına keçib.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bu transfer Almaniya klubuna 10,5 milyon avroya başa gəlib. 22 yaşlı forvardla 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, yeni komandasında 31 nömrəli formanı geyinəcək.
Tomaş Çvançara peşəkar karyerasına “Yablonets”də başlayıb. O, bu klubda olarkən “Slavoy Vışeqrad” və “Opava”da icarədə də oynayıb. 2022-ci ilin yanvarında isə “Yablonets” onu 500 min avroya “Sparta”ya satıb. Praqa təmsilçisində 49 oyuna 24 qol vurmuş hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.
Çvançara bu ildən Çexiyanın əsas yığmasında da forma geyinir. O, artıq millidə 2 oyuna çıxıb, 1 qol vurub.


