Toni Kroos “Real”ın Arsenal”a darmadağınını şərh etdi

“Real”ın sabiq üzvü Toni Kroos bu komandanın Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a 0:3 hesablı gözlənilməz məğlubiyyətini şərh edib.

Arena.az xəbər verir ki, almaniyalı veteran futbolçu bunları söyləyib:

“Arsenal” “Real”a qalib gəldi? “Real” üçün ilk oyunda heç-heçə həddindən artıq darıxdırıcıdır. Həqiqətən də məğlub olmaq gərəkdir ki, geri-dönüş edə biləsən”, deyə Toni Kroos mübariz ruhda vurğulayıb.

Madrid klubunun keçmiş yarımmüdafiəçisi İspaniya nəhənginə cavab oyununda “Arsenal”ı məğlub etmək üçün nə eməli olduqlarını da açıqlayıb:

“Çempionlar Liqasının 1/4 finalında iştirak təcrübəsi olmayan “Arsenal”ı Madriddə “Oho, bu, hələ hamısı deyil”, deyə düşünməyə məcbur etmək gərəkdir. Öz təcrübəmdən deyə bilərəm ki, “Real” hesabı bərabərləşdirəndə, rəqiblər həmişə düşünürlər ki, “Real” yenə də qol vuracaq, hətta final fitinə beş, altı və ya yeddi dəqiqə qalmış olsa belə…”

Xatırladaq ki, “Real” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdığı London “Arsenal”ı ilə səfər oyunundan 0:3 hesablı məğlubiyyətlə ayrılıb. İngiltərə və İspaniya təmsilçiləri arasındakı cavab qarşılaşması aprelin 16-da Madriddə baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: