İtaliya polisi “Roma”nın məşqində casusluq edən “Torino”nun baş məşqçisi İvan Yuriçin köməkçisi Mikele Orekkyonu ələ keçirib.
Arena.az bu barədə “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir.
Mikele Orekkyo Turin klubunun rəqibləri haqda məlumatların toplanılmasına məsuldur. Polis Orekkyonu “Roma”nın idman mərkəzinin yaxınlığında yoxlama zamanı ələ keçirib. Mütəxəssis “Roma”nın İtaliya A Seriyasının 26-cı turu çərçivəsində turinlilərlə ev oyunu (3:2) ərəfəsində “canavarlar”ın məşq düşərgəsində casusluq edirmiş. Orekkyo həmçinin “Roma”nın Joze Mourinyonun çalışdırdığı zaman “canavarlar”ın məşqlərində casusluq edib.
“Torino”nu məğlub etmiş “Roma” A Seriyasının yarış cədvəlində 44 xalla 6-cı pillədə qərarlaşıb. “Torino” isə 36 xalla 10-cu yerdədir. A Seriyasına 25 oyundan 66 xalla “İnter” başçılıq edir.


