“Traktor” Asiya Çempionlar Liqasına məğlubiyyətlə başladı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu ilk turda Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” (Dubay) komandası ilə qarşılaşıb.

Səfərdə baş tutmuş bu oyun Cənubi Azərbaycan klubu üçün uğursuz alınıb. Meydan sahibləri yekunda 1:0 hesablı qələbəni bayram ediblər.

İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu doğma meydanda Qətər təmsilçisi “Şamal”a qarşı keçirəcək. Bu oyun oktyabrın 12-də Təbrizdə baş tutacaq.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının yeni mövsümündə ümumilikdə 32 komanda mübarizə aparır. Onlar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Hər zonada 16 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar. Hazırda xalsız olan “Trakror” qərb zonasında 15-ci sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: