“Traktor” doğma meydanda məğlub oldu

Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Paykan”la qarşılaşıb. “Traktorçular” bu dəfə də məğlubiyyətə üzülüblər – 1:2.

“Traktor” 4 turdan sonra 3 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: