Futbol üzrə İran çempionatında 10-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Naft MİS” komandası ilə qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 2:0.
“Traktor” 10 turdan sonra 11 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


