“Traktor” liderlə doğma meydanda “sülh bağladı”

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 25-ci tur çərçivəsində lider “İstiqlal”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu matçın yekununda 1 xalla kifayətləniblər – 0:0.

Bu mövsüm keçirdiyi 25 oyunda 12 qələbə qazanmış “Traktor” 5 heç-heçə edib, 8 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 41 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar. “İstiqlal” isə 54 xalla vahid liderdir.

Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını mayın 6-da səfərdə “Fulad”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: