“Traktor” “Paykan”ı tək qolla məğlub etdi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 12-ci tur çərçivəsində “Paykan”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0.

12 turdan sonra 18 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını dekabrın 25-də doğma meydanda “Mes Kerman” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: