Traktor” “Sepahan”a da 2 cavabsız qolla qalib gəldi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 2-ci tur çərçivəsində “Sepahan”la qarşılaşıb.

İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşün yekununda ilk turda olduğu kimi, inamlı qələbəyə seviniblər – 2:0. Təbrizlilərin hər iki qolunu Əmirhüseyn Hüseynzadə vurub. O, 83-cü və 90+1-ci dəqiqələrdə fərqlənib.

“Traktor” bu nəticədən sonra 6 xalla İran çempionatının iki şərikli liderindən biridir. Bu komanda ilk turda “Paykan”a da oxşar hesabla qalib gəlmişdi.

Cənubi Azərbaycan nəhəngi çempionatdakı növbəti matçını avqustun 24-də səfərdə “Persepolis”ə qarşı keçirəcək. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: