“Traktor” yenə səfərdən xalsız döndü

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 3-cü tur çərçivəsində “Fulad”la qarşılaşıb.

Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. İlk iki turda cəmi 1 xal qazanmış “traktorçular” bu dəfə də qələbə qazana bilməyiblər. Beş qolun qeydə alındığı matç 3:2 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.

Üç turdan sonra 1 xala malik “Traktor” 16 iştirakçı arasında 15-cidir. Təbriz təmsilçisi növbəti matçını avqustun 31-də doğma meydanda “Havadar”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: