“Traktor” “Zobahan”la səfər matçından xalsız qayıtdı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 8-ci tur çərçivəsində “Zobahan”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçdan məğlubiyyətlə ayrılıblar – 0:1. 29-cu dəqiqədə buraxılmış yeganə qol məğlubiyyəti qaçılmaz edib.

Bu mövsüm keçirdiyi 8 oyundan yarısını qələbə, yarısını da məğlubiyyətlə başa vurmuş komanda hazırda 12 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

“Traktor” növbəti matçını noyabrın 2-də doğma meydanda “Nassaji Mazandaran”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: