“Transfermarkt” ən bahalı heyətə malik klubu və millini açıqladı

“Transfermarkt” internet-portalı dünyanın ən bahalı heyətə malik klubu və ən bahalı heyətə malik milli komandasını açıqlayıb.

Arena.az xəbər verir ki, hazırda ən bahalı heyətə malik klub komandası Fransa nəhəngi PSJ-dir.

Paris klubunun oyunçularının ümumi transfer dəyəri 1,37 milyard avro məbləğindədir.

Dünyanın ən bahalı milli komandası isə Fransa millisidir. “Xoruzlar”ın oyunçularının ümumi transfer dəyəri 1,53 milyard avro məbləğindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: