“Transfermarkt” postsovet məkanının ən bahalı yığmasını açıqladı

Nüfuzlu “Transfermarkt” internet-portalı postsovet məkanı ölkələrinin futbolçularından ibarət ən bahalı yığma komandanı təqdim edib.

Arena.az məlumat verir ki, yığmaya Avropanın aparıcı 5 liqasında iştirak edən ən bahalı futbolçular daxildir.

Heyəti diqqətinizə çatdırırıq:

Qapıçı:
Georgi Mamardaşvili (Gürcüstan, “Valensiya”, 30 milyon avro);

Müdafiəçilər:
Aleksandr Zinçenko (Ukrayna, “Arsenal”, 42 milyon avro);
Vitali Mikolenko (Ukrayna, “Everton”, 25 milyon avro);
İlya Zabarnı (Ukrayna, “Bornmut”, 20 milyon avro);

Yarımmüdafiəçilər:
Mixaylo Mudrik (Ukrayna, “Çelsi”, 45 milyon avro);
Aleksandr Qolovin (Rusiya, “Monako”, 30 milyon avro);
Viktor Sıqankov (Ukrayna, “Jirona”, 22 milyon avro);
Ruslan Malinovski (Ukrayna, “Cenoa”, 10 milyon avro);
Daler Kuzyayev (Rusiya, “Havr”, 10 milyon avro);

Hücumçular:
Xviça Kvaratsxeliya (Gürcüstan, “Napoli”, 85 milyon avro);
Artyom Dovbik (Ukrayna, “Jirona”, 15 milyon avro).

Xəbəri sosial şəbəkələrdə paylaş: