Futbol üzrə Burundi yığmasının və Belçikanın “Vesterlo” klubunun yarımmüdafiəçisi Tresor Mossi “Sumqayıt”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu “Vesterlo”dan icarəyə götürülüb. O, qarşıdakı mövsümün sonuna kimi “Sumqayıt”ın formasını geyinəcək.
Tresor Mossi ölkəsinin “Egl Nuar” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Vesterlo”ya keçsə də, bu klubun əsas komandasında rəsmi matça çıxmayıb. Bu üzdən də gənc yarımmüdafiəçi ötən mövsümü Lüksemburqun “Keryenq” klubunda icarədə keçirib. Tresor Burundu yığmasında da 3 oyuna çıxıb.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev, Erik Sorqa, Roi Kehat, İsa Suliman və Oktavio Mantekanı da heyətinə qatmışdı.
Elvin Bədəlov və Murad Xaçayevlə də yeni müqavilə imzalanıb. Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov və Vüsal İsgəndərli isə komandanı tərk ediblər.


