Triatlon Federasiyasının yeni prezident bəlli oldu

Bu gün – dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının ümumi yığıncağı keçirilib. Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə əvvəlcə nazir Fərid Qayıbov çıxış edib. O, yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardından federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Elçin Əliyev Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin, Rüfət Həsənov və Azər Əliyev İdarə Heyəti sədrnin müavinləri, Əli Bünyadov və Sabira Cahangirova isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Elçin Əliyev çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib. O, bu idman növünün ölkəmizdə inkişafı üçün əlindən gələni edəcəyini bildirib: “Azər Məhərrəməv triatlonu elə səviyyəyə qaldırdı ki, onu ötmək çətin olacaq. Gənclər artıq triatlona maraq göstərir. İşlərimizi bu istiqamətdə quracağıq. Yeni seçilənlər triatlon ailəsinin üzvləridir. İnanıram ki, yaxşı işlər görəcəklər”.

Əliyevin sözlərinə görə, triatlon maliyyə tələb edən idman növüdür: “Çünki özündə 3 idman növünü birləşdirir. Amma gənclər triatlona o qədər böyük həvəs göstərirlər ki, bu yarışları keçirmək imkanı olacaq. Burada yaş məhdudiyyəti də yoxdur: 15 yaşdan 90 yaşadək məşğul olmaq mümkündür. Təbii ki, burada yeni sponsorlar da olacaq. Düşünürəm ki, biz problemləri həll edəcəyik”.

Yeni federasiya prezidenti Azərbaycanda 6 yarış keçirməyi planlaşdırdıqlarını vurğulayıb: “Dəmir insan” brendində bir neçə yarışlar təşkil etmək istəyirik. Yarışın şüarı “Üz, sür, qaç” olacaq. Bununla da Azərbaycanda iradəsi güclü insanlar yetişəcək”.

Yeni federasiya prezidenti Azərbaycanda 6 yarış keçirməyi planlaşdırdıqlarını vurğulayıb: “Dəmir insan” brendində bir neçə yarışlar təşkil etmək istəyirik. Yarışın şüarı “Üz, sür, qaç” olacaq. Bununla da Azərbaycanda iradəsi güclü insanlar yetişəcək”.