Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün bürünc mükafatçısı “Turan Tovuz-2” komandası medallarına qovuşub.
Arena.az xəbər verir ki, sözügedən kollektiv bu bün baş tutan Azərbaycan Misli Premyer Liqasının 36-cı turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan əvvəl mükafatlandırılıb.
“Turan Tovuz-2”yə medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Huner Group”un rəhbəri Ehtiram Quliyev təqdim ediblər.
Xatırladaq ki, “Turan Tovuz”un əvəzediciləri geridə qalan mövsümü 48 xalla üçüncü pillədə başa vurublar. “Neftçi-2” 59 xalla gümüş medallara sahib çıxıbsa, 69 xal toplamış “Araz Naxçıvan” Birinci Divzionun qalibi olub.