“Turan Tovuz” Antalyada ilk məşqinə çıxdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” Türkiyədə keçirdiyi təlim-məşq toplanışında ilk məşqinə çıxıb.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi mövsümün qalan hissəsinə hazırlıq üçün Antalyanın Belek bölgəsində məskunlaşıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi komanda yanvarın 18-nə qədər məşqlərini burada davam etdirəcək. Tovuz təmsilçisi toplanış çərçivəsində 2 yoxlama görüşündə gücünü sınayacaq. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə daha sonra əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 16 turundan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 15 oyunda 8 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət görüb. Komandanın “Qəbələ” ilə təxirə salınmış oyunu da var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: