“Turan Tovuz” Diniyevli “Çorum”a qarşı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün qardaş ölkədə ilk yoxlama oyununa çıxacaq.

Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda Türkiyənin Birinci Liqa təmsilçisi “Çorum” ilə üz-üzə gələcək. Qarşılaşma Bolununu Gerede bölgəsindəki “The Sign” otelinin meydançasında keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Çorum”da Azərbaycan millisinin dayaq yarımmüdafiəçisi Coşqun Diniyev çıxış edir. Azərbaycanlı futbolçunun da bu oyunda öz həmyerlilərinə qarşı oynaması gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: