2026/2027-ci illər mövsümünə Türkiyədə hazırlaşan “Turan Tovuz”un qardaş ölkəcə keçirəcəyi yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Komanda iyulun 27-də Türkiyə təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşacaq.
Xatırladaq ki, “Turan Tovuz” daha əvvəl İranın 21 yaşadək futbolçulardan ibarət komandası (U-21) ilə də qarşılaşmış və heç-heçəyə razılaşmışdı – 1:1.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bürünc mükafatçısı olan Tovuz təmsilçisi Türkiyə toplanışı çərçivəsində daha 2 yoxlama görüşü keçirəcək. Digər rəqiblərin kimliyi və oyunların tarixləri hələ bəlli deyil.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasında ötən mövsümü 59 xalla 3-cü pillədə başa vurub. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda keçirdiyi 33 oyunda 17 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.


