Yeni mövsümə hazırlığın ikinci mərhələsini Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün toplanış çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Kurban Berdıyevin çalışdırdığı komanda ötən mövsümü Türkiyə Super Liqasında keçirmiş “Pendikspor”la qarşılaşıb.
Bu oyunda qalib müəyyənləşməyib. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0.
Xatırladaq ki, “Turan Tovuz” Türkiyədə daha iki yoxlama oyunu keçirəcək. Komanda iyulun 22-də Super Liqa təmsilçisi “Adana Dəmirspor”la, iyulun 25-də isə Türkiyə Birinci Liqada çıxış edən “Kocaelispor”la üz-üzə gələcək.


