“Barselona”nın və “Arsenal”ın keçmiş futbolçusu Tyerri Anri “Real”ın yarımmüdafiəçisi Cud Bellingemin cari mövsümdəki çıxışını qiymətləndirib.
Arena.az Anrinin bu barədə fikirlərini təqdim edir:
“Futbolçuların İngiltərədə oynaması daha asandır. İspaniyada üzləşdikləri təzyiq daha böyükdür və onlardan gözləntilər də belədir. Onun öhdəsindən gəlmək Bellingemi xüsusi edir. Zinəddin Zidanın oyunçu nömrəsini götürmüsən? Sonra isə belə oynayırsan və bayram edirsən? Sən əlasan, dostum”, deyə Tyerri Anri gənc istedadı tərifləyib.
Bellingem “Real”a cari ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik, almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Cari mövsümdə Bellingem “Real”ın heəytində bütün yarışlarda 30 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib.
Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 27 oyun keçirib, 2 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


