15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) bu gün UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Moldovanın paytaxtı Kişinyov şəhərində yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilmiş görüş komandamız üçün uğursuz alınıb. Belə ki, Monteneqro seçmə komandası yekunda 1:0 hesablı qələbəyı sevinib.
Qeyd edək ki, U-15 millimiz turnirdə ikinci matçını noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək. Həmin oyuna da Bakı vaxtı ilə saat 12:00-da start veriləcək. Sonuncu oyunumuz isə meydan sahibi Moldova yığmasına qarşı keçiriləcək. Eyni məkanda baş tutacaq bu görüşün start fiti Bakı vaxtı ilə saat 15:00-da səslənəcək.


