İyulun 31-dən avqustun 6-na qədər Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.
Arena.az xəbər verir ki, yarışın ilk günlərində böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz çıxış edəcək.
Heyətdə bu güləşçilərimiz yer alıblar:
Turan Daşdəmirov (45 kq)
Elnar Ziyadov (48 kq)
Əli Seyidəlili (51 kq)
Tural Əhmədov (55 kq)
Roman Kərimov (60 kq)
Yusif Əhmədli (65 kq)
Cavad Məmmədov (71 kq)
Elmin Əliyev (80 kq)
Mikayıl İsmayılov (92 kq)
Mahir Qurbanlı (110 kq)
Daha sonra qadın güləşi üzrə mübarizə baş tutacaq. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında bu güləşçilərimiz uğur qazanmağa çalışacaq:
Səadət Quliyeva (43 kq)
Ruzanna Məmmədova (53 kq)
Günay Qurbanova (57 kq)
Zəhra Kərimzadə (69 kq)
DÇ-nin son günlərində isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında ölkəmizi bu güləşilər təmsil edəcəklər:
Cəfər Cəfərov (45 kq)
Bəşir Verdiyev (48 kq)
Sədrəddin Həsənov (51 kq)
Tural Əliyev (55 kq)
Camal Abbasov (60 kq)
Mirzəağa Axundov (65 kq)
İsmayıl Rəhimli (71 kq)
İsmayıl Əsədli (80 kq)
Səid Paşayev (92 kq)
Yusif Dursunov (110 kq)
Dünya çempionatı “Başakşəhər” İdman Kompleksində keçiriləcək. Görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.
Dünya çempionatında 1-ci dərəcəli hakim Hicran Şərifov da ədaləti qoruyanlar arasında yer alacaq.


