17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-17) sentyabrın 3-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Hazırlıq prosesi ayın 9-dək davam edəcək. U-17 millimiz hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Oyunların təqvimi belədir:
06.09.2026, saat 16:00
Azərbaycan – Gürcüstan
“Dalğa Arena” (ehtiyat meydança).
09.09.2026, saat 11:00
Azərbaycan – Gürcüstan
“Dalğa Arena” (ehtiyat meydança).
Təlim-məşq toplanışına dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:
İradə Əsədli – Şəfa
Süməyyə Əhməd – Ulduz
Aydan Abdullayeva – Sabah
Məryəm Səmədli – Sabah
Şəhanə Mirzəliyeva – Liman
Suel Polikarpova – Neftçi
Sara Səlimova – Neftçi
Xədicə Rəhimova – Neftçi
Zəhra İsmayilova – İmişli
Məryəm Nuruzadə – Ulduz
Dəniz Mikayıllı – Səbail
Aylin Əliyeva – Ulduz
Xədicə Əlizadə – Sabah
Nuray Qurbanova – Ulduz
Lamiyə Məmmədova – Şəfa
Aydan Nəsrullayeva – Ulduz
Səbinə Şəfərxanova – Krılya Sovetov (Rusiya)
Sara Babayeva – Qroyter Fürt (Almaniya)
Zəhra Musayeva – Sumqayıt
Ebru Əmirova – Ulduz
Nuray Əzizova – Neftçi


