18 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi (U-18) Avropa çempionatının C Divizionunda bu gün üçüncü oyununu keçirib.
Arena.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandamız yer aldığı B qrupunda Ermənistan millisi ilə qarşılaşıb.
Kosovonun paytaxtı Priştinada təşkil olunmuş qarşılaşma yığmamızın 68:42 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Deniz Gökçöl (21 xal, 7 ribaund) seçilib.
Xatırladaq ki yığmamız ilk turda Albaniya seçməsinə 72:53, ikinci turda isə Gürcüstan milli komandasına 74:68 hesabıyla qalib gəlmişdi. Bu qələbələr sayəsində qızlarımız Avropa çempionatının yarımfinalına vəsiqəni təmin ediblər.
U-18 yığmamızın yarımfinaldakı rəqibinin kimliyinə digər oyunlardan sonra aydınlıq gələcək.


