Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən (U-18) basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları davam edir.
Arena.az xəbər verir ki, A qrupunda qərarlaşmış Azərbaycan millisi də bu gün qrup mərhələsindəki növbəti oyununa çıxıb.
Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimiz ikinci matçında Kipr seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 78:48 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin qrupdakı sonuncu görüşü Moldovaya qarşı olacaq. Avqustun 3-də keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
Xatırladaq ki, basketbol yığmamız qrupdakı ilk oyununda Malta yığmasına 73:54 hesabı ilə qalib gəlmişdi.


