U-18: Basketbol yığmamız Moldovaya uduzdu, 3-cü oldu

Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən (U-18) basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları davam edir.

Arena.az xəbər verir ki, A qrupunda qərarlaşmış Azərbaycan millisi də bu gün qrup mərhələsindəki sonuncu oyununa çıxıb.

Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimiz üçüncü matçında Moldova seçməsi ilə üz-üzə gəlib.

Azərbaycan basketbolçuları bu oyundan 64:70 hesablı məğlubiyyətlə ayrılıblar.

Bu nəticədən sonra qrupda 3-cü pilləni tutmuş U-18 millimiz 5-9-cu yerlər uğurunda mübarizə aparmaq məcburiyyətində qalıb. Komandamız bu mərhələdə əvvəlcə Cəbəllütariq yığması ilə qarşılaşacaq. Avqustun 4-də baş tutacaq bu oyuna saat 15:00-da start veriləcək.

Xatırladaq ki, basketbol yığmamız qrupdakı ilk oyununda Malta seçməsinə 73:54 hesabı ilə qalib gəlmişdi. Lakin ikinci oyunda Kipr yığması millimizi 78:48 hesabıyla məğlub etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: