U-18 millimiz Ermənistana qalib gəldi, qrup lideri oldu

18 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi (U-18) bu gün Avropa çempionatının C Divizionunda ikinci oyununa çıxıb.

Arena.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız yer aldığı B qrupundakı sonuncu oyununda Ermənistan seçməsi ilə qarşılaşıb.

Oyuna fəal başlayan Anar Sarıyevin yetirmələri, yekunda rəqib üzərində 76:69 hesablı qələbəyə seviniblər. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Derin Berköz (18 xal, 5 asist ) seçilib.

Bu qələbə ilə U-18 yığmamız yarımfinala vəsiqəni qrup lideri kimi təmin edib. Millimiz daha öncə Moldova yığmasına da 87:76 hesabıyla qalib gəlmişdi.

Azərbaycan yığmasının yarımfinaldakı rəqibinin kimliyinə digər oyunlardan sonra aydınlıq gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: