Bu gün “Kəpəz”in əvəzedicilərdən ibarət komandası Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması (U-19 ) ilə yoxlama matçı keçirib.
Arena.az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında gerçəkləşmiş görüş 1:1 hesabı ilə nəticələnib.
Birinci hissəsi qolsuz bərabərliklə başa çatmış oyunda fasilədən sonra milli komanda hesabı açıb. Buna baxmayaraq, Xaliq Mərdanovun yetirmələri sonadək mübarizə aparıblar və Amur Yusifovun qolu sayəsində tarazlığı bərpa ediblər – 1:1.
Qeyd edək ki, Azərbaycanın U-19 yığması “Kəpəz”in bazasında təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Sözügedən komandanı oktyabrın 2-də “Kəpəz”in əsas kollektivi ilə sınaq matçı gözləyir.


