U-19 millimizin sabiq üzvü Tahir Zeynalov “Difai”də – Özəl

“Sumqayıt” və “Zirə”nin sabiq yarımmüdafiəçisi Tahir Zeynalov, vaxtilə U-19 yığmamızda da oynamış Tahir Zeynalov özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu qarşıdakı mövsümdə Birinci Liqada mübarizə aparacaq “Difai” ilə anlaşıb.

Tərəflər artıq müqavilə bağlayıblar və yarımmüdafiəçi yeni komandasının heyətində qarşıdakı mövsümə hazırlaşır.

Qeyd edək ki, Tahir Zeynalov “Əlincə”nin yetirməsidir. O, 2019-cu ilin yayında “Sumqayıt”a keçib və bu klubun U-19-dan əsas komandaya qədər yüksəlib. 2021-ci ildə “Sumqayıt”ı “Zirə”yə dəyişən yarımmüdafiəçi bu klubun da əvəzedicilərinin formasını geyinib. Lakin “Zirə”də olarkən ağır zədə ilə üzləşən futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Bu yay isə o, yenidən kayrerasını bərpa edib.

Zeynalov vaxtilə Azərbaycanın U-17 və U-19 yığmalarına da dəvət alıb. O, U-19 millimizin heyətində İngiltərə ilə oyunun da iştirakçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: