U-20: Basketol yığmamız ilk oyunda İsveçə uduzdu

Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatının B Divizionunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, B Divizionunun C qrupunda yer alan Azərbaycan millisi də bu gün ilk oyununa çıxıb.

Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi milli komandamız startda İsveç yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının məğlubiyyəti ilə bitib – 50:102.

Qeyd edək ki, C qrupunda Azərbaycan və İsveç yığmaları ilə yanaşı, Kosovo, Ukrayna və Gürcüstan seçmələri də yer alıb.

Yığmamızın qrupdakı ikinci oyunu Ukrayna millisinə qarşı olacaq. İyulun 9-da baş tutacaq bu görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Sonda onu da xatırladaq ki, basketbol üzrə Avropa çempionatının bütün oyunları FİBA-nın rəsmi “Youtube” hesabından canlı olaraq yayımlanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: