UEFA prezidenti Aleksander Çeferin mətbuatda yayılmış məlumatın əksinə, “Real”ın braziliyalı hücumçusu Vinisius Junioru tənqid etməyib.
Arena.az COPE dərgisinə istinadən məlumat verir ki, bu barədə UEFA-dan adı açqlanmayan mənbə bildirib.
Xatırladaq ki, daha əvvəl, Çeferin tərəfindən iddia edilən, braziliyalı futbolçunun haqlı olaraq 2024-cü ildə “Qızıl top”u qazana bilməməsi ilə bağlı açıqlamalar yayılıb. Xüsusilə, Vinisiusun hakimlərə tez-tez şikayətlə müraciət etməsi diqqət çəkib.
“Biz UEFA-nın “Qızıl top”un nəticələri ilə bağlı iddia edilən şərhləri ilə bağlı yayılmış iddiaları qəti şəkildə rədd edirik. Nə UEFA, nə də onun prezidenti səsvermənin nəticələri ilə bağlı hər hansı açıqlama və ya şərh verməyiblər. Müvafiq məlumatlar tamamilə əsassızdır və gerçəkliyi əks etdirmir”, – beynəlxalq qurumun adı açıqlanmayan mənbə bildirib.


