UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimə Bakı vaxtı ilə saat 15:00-da start verilib.

Püşkdə qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar iştirak ediblər. Qrup birinciləri səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər səbətində yer alıblar.

Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar rəqib ola bilməzdilər. Səpələnmişlər səbətində yer alan kollektivlər cavab oyununu evdə keçirəcək.

Püşk nəticəsində bir neçə maraqlı cütlük formalaşıb. Belə ki, “Liverpul”la “Real”ın bu mərhələdə üz-üzə gəlməsi xüsusi diqqət çəkir. Elə PSJ ilə “Bayern”in bir-birinə rəqib olması da xüsusi qeyd olunmalıdır. Dortmund “Borussiya”sı isə “Çelsi” ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.

UEFA Çempionlar Liqası
1/8 final

Leypsiq (Almaniya) – Mançester Siti (İngiltərə)
Brügge (Belçika) – Benfika (Portuqaliya)
Liverpul (İngiltərə) – Real (İspaniya)
Milan (İtaliya) – Tottenhem (İngiltərə)
Ayntraxt (Almaniya) – Napoli (İtaliya)
Borussiya (Dortmund, Almaniya) – Çelsi (İngiltərə)
İnter (İtaliya) – Portu (Portuqaliya)
PSJ (Fransa) – Bayern (Almaniya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: