Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
İngiltərənin “Mançester Siti” komandası Almaniyada “Leypsiq”in qonağı olub. Niderlanddan olan Türkiyə əsilli FİFA referisi Serdar Gözübüyükün idarə etdiyi bu oyunda qalib müəyyənləşməyib. Hesabı “şəhərlilər”in açdığı oyunda meydan sahibləri tarazlığı vaxtında bərpa edə biliblər.
Digər oyun isə İtaliyada yerli “İnter” və Portuqaliyanın “Portu” komandası arasında keçirilib. Qarşılaşmanın baş hakimi serbiyalı Srcan Yovanoviç olub. İtaliya təmsilçisi bu oyunun son dəqiqələrində vurduğu yeganə qol sayəsində cavab matçı öncəsi üstünlük qazanıb.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
22 fevral
Leypsiq (Almaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qol: Qvardiol, 70 – Mahrez, 27.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leypsiq, “RB Arena”.
İnter” (İtaliya) – Portu (Portuqaliya) 1:0
Qol: Lukaku, 86.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, “San Siro” stadionu.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1/8 finalın daha öncə keçirilmiş ilk altı qarşılaşmasında bu nəticələr qeydə alınmışdı:
Milan (İtaliya) – Tottenhem (İngiltərə) 1:0
PSJ (Fransa) – Bayern (Almaniya) 0:1
Borussiya (Dortmund, Almaniya) – Çelsi (İngiltərə) 1:0
Brügge (Belçika) – Benfika (Portuqaliya) 0:2
Ayntraxt (Almaniya) – Napoli (İtaliya) 0:2
Liverpul (İngiltərə) – Real (İspaniya) 2:5
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları 7-8 və 14-15 fevral tarixlərində keçiriləcək.