Bu gün keçirilən 7 cavab matçı ilə futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə baş tutan ilk matçda 2:1 hesabıyla məğlub etdiyi Cəbəllüttariq təmsilçisi “Linkoln”u bu dəfə doğma meydanda qəbul edib.
Bakı Olimpiya Stadionunda baş tutan görüşdə 4 cavabsız qola sevinən Ağdam klubu növbəti mərhələyə vəsiqə qazanıb.
Gürcüstan və Qazaxıstan çempionlarının – Tiflis “Dinamo”su ilə “Astana”nın duelinə də maraq böyük idi. Bu komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Həlledici oyunda Qazaxıstan çempionu sevinən tərəf olub.
“Qarabağ” və “Astana”dan başqa, Lyublyana “Olimpiya”sı, “Klaksvik”, Bratislava “Slovan”ı, “Ludoqorets” və HJK da növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, ilk oyun günündə “Rakuv” (Polşa), “Jalgiris” (Litva), “Makkabi” (Hayfa, İsrail), “Şerif” (Moldova), BATE (Belarus), “Haken” (İsveç), “Zrinski” (Bosniya və Herseqovina) və “Breydablik” (İslandiya) ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanmışdı.
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab matçları avqustun 1-2-də baş tutacaq. “Qarabağ” növbəti mərhələdə “Rakuv”la üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
19 iyul
“Valmiera” (Latviya) – “Olimpiya” (Sloveniya) 1:2
İlk oyun – 1:2
“Dinamo” (Tiflis, Gürcüstan) – “Astana” (Qazaxıstan) 1:2
İlk oyun – 1:1
“Ferentsvaroş” (Macarıstan) – “Klaksvik” (Farer adaları) 0:3
İlk oyun – 0:0
“Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllüttariq) 4:0
İlk oyun – 2:1
“Svift” (Lüksemburq) – “Slovan” (Slovakiya) 0:2
İlk oyun – 1:1
“Ludoqorets” (Bolqarıstan) – “Ballkani” (Kosovo) 4:0
İlk oyun – 0:2
“Larne” (Şimali İrlandiya) – HJK (Finlandiya) 2:2
İlk oyun – 0:1


