UEFA Çempionlar Liqasında 1-ci raundun son 5 ilk oyunu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Qazaxıstanda “Astana” və Gürcüstanın “Dinamo” (Tiflis) komandası arasında keçiriləcək. Gecənin son oyununda isə “Slovan” Slovakiyada Lüksemburq çempionu “Svift”i qəbul edəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları 18-19 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
12 iyul

18:00. “Astana” (Qazaxıstan) – “Dinamo” (Tiflis, Gürcüstan)
20:00. HJK (Finlandiya) – “Larne” (Şimali İrlandiya)
21:00. “Haken” (İsveç) – TNS (Uels)
21:30. “Farul” (Rumıniya) – “Şerif” (Moldova)
22:30. Slovan (Bratislava, Slovakiya) – “Svift” (Lüksemburq)

1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan oyunlarında qeydə alınan nəticələri də bir daha diqqətinizə çatdırırıq:

“Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) 0:1

“Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan) 1:2

“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) 0:0

“Olimpiya” (Lyublyana, Sloveniya) – “Valmiera” (Latviya) 2:1

“Rakuv” (Polşa) – “Flora” (Estoniya) 1:0

“Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) 0:4

“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) 2:0

“Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya) 0:1

“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) 0:0

“Partizani” (Albaniya) – BATE (Belarus) 1:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: