Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinə start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” da yeni mövsümdəki ilk matçına bu gün çıxacaq. Ağdam klubu Cəbəllüttariqdə yerli “Linkoln”un qonağı olacaq. Bu, Azərbaycan klublarının Cəbəllüttariq komandaları ilə ilk matçı kimi tarixə düşəcək. “Qarabağ” bu duelin aşkar favoriti sayılır. Təmsilçimiz cütün taleyini səfərdə həll etmək üçün çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
“Qarabağ” – “Linkoln” cütünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri olan Polşa “Rakuv”u ilə Estoniya “Flora”sı isə Çenstoxovada üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin qalan 5 oyunu iyulun 12-də təşkil olunacaq.
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
11 iyul
19:00. “Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina)
19:30. “Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan)
20:00. “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya)
22:00. “Olimpiya” (Lyublyana, Sloveniya) – “Valmiera” (Latviya)
22:00. “Rakuv” (Polşa) – “Flora” (Estoniya)
22:00. “Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail)
22:45. “Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan)
22:45. “Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya)
22:45. “Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan)
22:45. “Partizani” (Albaniya) – BATE (Belarus)


