UEFA Çempionlar Liqasında pley-offun püşkü atıldı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, Çempionlar Yolu və Liqa Yolunda bu raundun potensial cütləri müəyyənləşib.

Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray”ın mümkün rəqibi “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) cütünün qalibi olacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya “Dinamo”sunun potensial rəqibi isə Belçikanın “Antverpen” komandasıdır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 22-23 avqustda keçiriləcək. Cavab görüşləri isə 29-30 avqustda gerçəkləşəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 8-9 və 15-16 avqustda baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

Çempionlar yolu

“Slovan” (Slovakiya)/“Makkabi” (Hayfa, İsrail) cütünün qalibi – “Yanq Boyz” (İsveçrə)

“Antverpen” (Belçika) – AEK (Yunanıstan)/“Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“Rakuv” (Polşa)/“Aris” (Kipr) cütünün qalibi – “Kopenhagen” (Danimarka)/“Sparta” (Çexiya) cütünün qalibi

“Klaksvik” (Farer adaları)/“Molde” (Norveç) cütünün qalibi – “Olimpiya” (Sloveniya)/“Qalatasaray” (Türkiyə) cütünün qalibi

Liqa yolu

“Reyncers” (Şotlandiya)/“Servett” (İsveçrə) cütünün qalibi – PSV (Niderland)/“Şturm” (Avstriya) cütünün qalibi

“Braqa” (Portuqaliya)/“Baçka Topola” (Serbiya) cütünün qalibi – “Panatinaikos” (Yunanıstan)/“Olimpik” (Marsel, Fransa) cütünün qalibi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: