Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə A, B və C Liqalarında ümmumilikdə 8 görüş keçirilib.
A Liqasında yer alan Türkiyə millisi evdə Fransanı qəbul edib və minimal hesabla uduzub. Belçika yığması isə səfərdə İtaliyanın qonağı olub və inamlı qələbəyə sevinib.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
1-ci tur
25 sentyabr
A Liqası, 1-ci qrup
İtaliya – Belçika 0:2
Türkiyə – Fransa 0:1
B Liqası, 2-ci qrup
Gürcüstan – Şimali İrlandiya 0:1
Macarıstan – Ukrayna 0:1
B Liqası, 4-cü qrup
Polşa – Bosniya və Herseqovina 0:0
İsveç – Rumıniya 2:1
C Liqası, 2-ci qrup
Ermənistan – Latviya 2:0
Monteneqro – Kipr 2:1


