UEFA “Real”ın 3 futbolçusunu cəzalandırdı

UEFA-nın İntizam Komitəsi İspaniya çempionu “Real”ın üç futbolçusu ilə bağlı intizam cəzasının kəsilməsi barədə qərərını açıqlayıb.

Arena.az bu barədə qitənin ali futbol qurumunun rəsmi saytına istinadən məlumat verir.

Daha əvvəl, Madrid “Atletiko”su ilə Çempionlar Liqasının 1/8 finalının səfərdə keçirilmiş cavab oyununda yolverilməz davranışda ittiham edilmiş, “Real”ın üç futbolçusu – Kilian Mbappe, Antonio Rüdiger və Daniel Sebalyos cərimələniblər.

Rüdiger 40 min avro məbləğində, Mbappe isə 30 min avro məbləğində cərimə ödəməyə mükəlləf ediliblər. Həmçinin hər iki futbolçu UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakdan 1 oyunluq şərti məhrum edililəblər. Bu cəza, cəzalandırılmış futbolçuların müvafiq yolverilməz davranışlara bir il ərzində yenidən yol verəcəkləri halda qüvvəyə minəcək.

Sebalyos isə 20 min avro məbləğində cərimələnib, ancaq oyun cəzası almayıb.

Vurğulayaq ki, Vinisius Juniorun da davranışı ədəb müfəttişi tərəfindən araşdırılıb, ancaq yolverilməz məqam aşkarlanmadığı üçün “Real”ın braziliyalı ulduz hücumçusuna qarşı ittiham əsassız sayılıb.

Xatırladaq ki, “Real”ın oyunçuları barədə UEFA intizam işini Madrid “Atletiko”sunun müvafiq şikayətindən sonra açmışdı.

Çempionlar Liqasının 1/8 finalının ilk oyununda evdə 1:0 hesablı qələbə qazanmış “Real” səfərdə eyni hesabla məğlub olsa, penaltilər silsiləsinə sürüklənmiş oyunda 4:2 hesablı qələbə sayəsəində mötəbər yarışın çərək finalına adlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: