UEFA Rodri və Moratanın davranışını qiymətləndirəcək

UEFA İspaniya yığmasının futbolçuları – yarımmüdafiəçi Rodri və kapitan, hücumçu Alvaro Morata barəsəində intizam işi açıb.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Bu futbolçuların AÇ-2024-dən sonra İspaniya yığmasının qalibiyyətini qeyd edərkən səsləndirdiyi “Cəbəllüttariq – İspaniyadır” şüarı ilə bağlı, qurum bu məsələnin qiymətləndirilməsi üçün intizam və davranış üzrə məmurunu təyin edib. Məmurun araşdırmasının nəticələri ilə bağlı yaxın vaxtlarda əlavə məlumatın veriləcəyi vurğulanır.

İspaniya yığmasının AÇ-2024-dəki qalibiyyətinin qeyd edilməsi mərasim iyulun 15-də Madriddə keçirilib.

Xatırladaq ki, Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının finalında İspaniya millisi İngiltərə yığmasını 2:1 hesabı məğlub edərək, tarixində 4-cü dəfə Avropa çempionu adını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: