Umut Nayir “Fənərbaxça”da – Rəsmi

Futbol üzrə Türkiyə milli komandasının və “Eyüpspor”un yarımmüdafiəçisi Umut Nayir “Fənərbaxça”ya transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. Türk futbolçu yeni komandasında 22 nömrəli formanı geyinəcək.

Umut Nayir peşəkar karyerasına “Ankaragücü” komandasında başlayıb. O, “Osmanlıspor”, “Yeni Malatyaspor”, “Göztəpə”, “Beşiktaş”, “Buraspor”, “Hayduk” (Split, Xorvatiya), “Girəsunspor” və “Ümraniyəspor” kimi klubların da formasını geyinib. Umut 2022-ci ilin avqust ayında transfer olunduğu “Eyüpspor”dan heç bir rəsmi oyun keçirmədən ayrılıb. Nayir Türkiyə milli komandasında da 4 oyun keçirib, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: