“Uotford” Coşua Kinqi transfer etdi

İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Norveç yığmasının hücumçusu Coşua Kinqi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu “Uotford” ilə 2 illik müqavilə imzalayıb.

Coşua Kinq “Uotford”a azad agent kimi keçib. Hücumçu son olaraq “Everton”da çıxış edib. O, İngiltərənin “Mançester Yunayted” klubunun yetirməsi olsa da, bu klubun əsas komandasında forma geyinməyib. Kinqin formasını geyindiyi komandalar arasında “Bornmut”, “Blekbern”, “Hall Siti”, “Borussiya” (Münhenqladbax), “Preston Norz End” də var.