Vəli İsrafilov Mançesterdə dünya çempionu oldu

Azərbaycan üzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində təşkil olunmuş dünya çempionatında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, paralimpiya çempionumuz bu yarışda 100 metr məsafəyə brass növündə 1:07.08 saniyə nəticə göstərib.

Bu nəticə sayəsində idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Vəli İsrafilov bununla həm də Paris-2024 17-ci Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Xatırladaq ki, İsrafilovdan öncə yığmamızın digər üzvü Roman Saley bu dünya çempionatında üç medal qazanmışdı. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə batterflay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.

Xəbəri sosial şəbəkələrdə paylaş: