İspaniyanın “Valensiya” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Cennaro Qattuzo çalışdıracaq.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
“Valensiya”nın əvvəlki baş məşqçisi Xose Bordalas idi. O, iyunun 3-də komandadan ayrılıb.
Cennaro Qattuzonun son klubu isə 2021-ci ilin may ayının sonunda “sükanı arxasına” keçdiyi “Fiorentina” olub. Lakin rəhbərliklə fikir ayrılığı səbəbindən o, iyunun ortalarında komandadan ayrılıb.
Qattuzo daha əvvəl “Palermo”, “Milan” və “Napoli” kimi klublarda çalışıb.


